`Rusiya neft hasilatını “dondurmağa” hazırdır` - Putin
22:17 21 Noyabr 2016
Rusiya neft hasilatını hazırkı səviyyədə “dondurmağa” hazırdır.
Femida.az “ria.ru”ya istinadla xəbər verir ki, bu sözləri Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Sammitində Rusiya Prezidenti Vladimir Putin deyib.
“Əgər belə olarsa, bizim energetika sektoru heç bir zərər görməyəcək. Energetika nazirimiz ölkənin iri neft şirkətləri ilə daimi təmasdadır və onlar bu işə hazır olduqlarını vurğulayıblar”.
“OPEC hasilatın “dondurulmasına” nail ola bilər. Lakin buna 100 faiz əminliyimi bildirə bilmərəm. OPEC daxilindəki ziddiyyətlər nisbətən aradan qaldırılıb. Biz də öz tərəfimizdən tərəfdaşlarımızın bizdən gözlədiyini etməyə hazırıq. Neft hasilatını “dondurmaq” bizim üçün problem təşkil etmir”,- deyə Rusiya Prezidenti noyabrın 30-da Vyanada keçiriləcək OPEC sammitini şərh edərkən bildirib.
Oxunub: 1955
Oxşar xəbərlər
- `Rusiyanın müdaxiləsi nəticəsində müharibənin qarşısı alındı` - Erməni generalın aprel etirafı
- `Rusiyanın ittihamları əsassızdır` - Aydın Əliyev
- `Rusiya açıq şəkildə göstərir ki, Ermənistanın tərəfindədir`
- `Rusiya Avropa ilə birlikdə olmağa hazırdır` - Putin
- `Rusiya artıq bizi nəzərə almır` - Erməni tarixçi
- `Rusiya ilə əlaqələr yüksək səviyyədədir` - İlham Əliyev
- `Rusiya öz missiyasını davam etdirməyə hazırdır` - Zaxarova Qarabağdan danışdı
- `Rusiya Azərbaycanın vacib tərəfdaşıdır` - Rus ordu generalı
- `Rusiya konsulu Lapşinlə görüşəcək` - Məmmədyarov
- `Rusiya Krımı işğal edib` - Ağ Ev